27.12.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar ədəbi-bədii gecə keçirilib

Saatlı rayon Kamallı kənd ümumi orta məktəbdə  Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.

Tədbirdə təhsil şöbəsinin müdiri müavini Şöhrət Bədələov, şöbənin məsləhətçisi Mikayıl Rüstəmov, məktəbin pedaqoji və şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışıblar.

Bədii gecədə şagirdlər Nəsiminin həyatından bəhs edən səhnəciklər nümayiş etdirib, şairin qəzəllərini söyləyiblər.


Açar sözlər: ,