18.11.2019

Şagirdlər tur-aksiya üzrə Lənkəran-Masallı-Astara marşrutu ilə yola çıxıblar.

IX və XI sinif şagirdləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya üzrə Lənkəran-Masallı-Astara marşrutu ilə  yola çıxıblar.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıblar.

Saatlıdan olan 40 məktəbli və 5 müəllim dörd gün ərzində Lənkəran, Astara və Masallı rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.


Açar sözlər: ,