29.10.2019

Məişət zorakılığına qarşı maarifləndirmə və hüquqi, psixoloji proflktika

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial Mənəvi Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə «Məişət zorakılığına qarşı maarifləndirmə və hüquqi, psixoloji profilaktik» adlı tədbir keçirilib.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Ağayeva, polis şöbəsinin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, rayon ümumtəhsil məktəblərinin psixoloqları, müəllimlər və  yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Təranə Əhməd mövzu ilə bağlı çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır.

İcra Hakimiyyətinin əməkdaşı  Mehriban Ağayeva, Rayon Polis Şöbəsinin baş inspektoru kapitan Namiz Ağayev, rayonun axundu Vadər Əliquluyev və başqaları çıxış edərək, ailə dəyərləi ilə bağlı öz təkliflərini irəli sürüb və layihənin davamlılığının vacibliyini qeyd ediblər.

Sonda layihə iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.


Açar sözlər: ,  ,  ,