16.10.2019

Şagirdlərə hədiyyə kuponlar paylanılıb

Dövlət İmtahan Mərkəzi və otk.az portalı orta məktəb şagirdlərinə dəstək olaraq yeni sosial layihəyə start verib. Sistemə daxil olduqdan sonra təqdim olunan kupon üzərindəki 15 rəqəmli kodu otk.az portalında "Kupon ilə balansı artır" menyusuna daxil etdikdə portaldakı balansınıza 5 azn yüklənəcək. Bu vəsaitlə portaldakı istənilən imtahana yazılıb, istifadə edə bilərsiniz.

Otk.az portalında qeydiyyatdan keçmiş hər bir istifadəçi yalnız 1 kupondan istifadə edə bilər. Kuponları 31 oktyabradək portaldakı balansınıza yükləyə bilərsiniz.

Bu istiqamətdə işlərlə əlaqədar olaraq təhsil şöbəsinin məsləhətçisi Əhəd Hüseynov bölməyə aid olan rayon ümumtəhsil müəssisələrində otk.az saytı barədə şagird və müəllimlərə ətraflı məlumat verib, şagirdlərə hədiyyə kuponlar paylanılıb. DİM-in bu təşəbbüsü ümumtəhsil müəssisələrinin pedaqoji heyəti tərəfindən rəğbətlə qarşılanıb.


Açar sözlər: ,  ,  ,