30.08.2019

Tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Saatlı Rayon Mədəniyyət Mərkəzində tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, təhsil şöbəsinin kollektivi, məktəb direktorları və məzunlar iştirak ediblər.

Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub. İlk olaraq təhsil şöbəsinin müdiri çıxış edərək,  son 5 il ərzində ali məktəbə qəbul olan məzunların statistik göstəriciləri haqqında məlumat verib.  

Sonra İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd edib ki, Saatlı təhsilində inkişaf nəzərə çarpandır. O, məzunları təbrik edib və onlara uğurlar arzulayıb.

Sonda 500-600 bal toplayan məzunlara pul mükafatı təqdim olunub.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 28 tam orta məktəbi 743 şagird bitirib. Onlardan 314 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarda iştirak edib.  Ali məktəblərə qəbul olunanlardan 38-i 500-600 arası, 8-i isə 600-dən çox bal toplayıb.

Tələbə adını qazananlar arasında ən yüksək balı isə Qıraqlı kənd orta məktəbin şagirdi Əbülfəz Cəfərov toplayıb. O, 671 balla Bakı Ali Neft Məktəbində oxumaq hüququ əldə edib.


Açar sözlər: ,  ,  ,  ,