21.01.2019

20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Saatlı rayon Smadakənd kənd tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Məktəbin direktoru Məhəddin Ələddinov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmamış təcavüzündən, hərbi birləşmələrin törətdikləri vəhşilikdən geniş söhbət açıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il yad olunur, Şəhidlər xiyabanı ziyarət edilir.

Sonra məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib.


Açar sözlər: ,  ,  ,