21.01.2019

"Əvəzlik və onun digər məna növləri" mövzusunda "Açıq  dərs" keçirilib

Bəylər kənd ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi  Samir Məmmədovun "Əvəzlik və onun digər məna növləri" mövzusunda "Açıq  dərs"i keçirilib. Altıncıların " Açıq dərs"ində dərs hissə müdiri və müəllim kollektivi iştirak ediblər.

Dərs qruplarla  və fərdi iş formasında, müzakirə, təqdimat iş uslubunda  təşkil edilib.

Motivasiya mərhələsində "Əvəzlik hansı nitq hissələrini əvəz edə bilər" sualı ətrafında şagirdlərin fikirləri dinlənilib.

Tədqiqatın aparılması və  müzakirəsi mərhələsində şagirdlər 2- "Nəsimi " və "Molla Nəsrəddin" qruplarına bölünüb, tədqiqat sualı ətrafında  fikirləri dinlənilib. Samir müəllim tərəfindən əlavələr edilib.

Qiymətləndirmə mərhələsində qruplara əvvəlcədən hazırlanmış açıq və qapalı olmaqla suallar paylanıb. Qrup rəhbərləri cavablandırılmış sualları təqdim ediblər.

Sonda təlim nəticələrinin meyarlarına uyğun qiymətləndirmə aparılıb.


Açar sözlər: ,  ,  ,