11.01.2019

Məktəb direktorları və direktor müavinləri ilə görüş keçirilib

Saatlı Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri ilə görüş keçirilib.

Görüşdə iştirakçılara “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib.

Sonra təhsil şöbəsinə daxil olan məktublar haqqında məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,