21.11.2018

Saatlı rayon ümumtəhsil məktəbləri ağacəkmə aksiyasında aktiv şəkildə iştirak edirlər

Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə aksiyasında Saatlı rayon ümumtəhsil məktəbləri də aktiv şəkildə iştirak edirlər.

Rayon ümumtəhsil məktəblərində minə yaxın ağac əkilib. Bu gün isə Nərimankənd kənd tam orta məktəbində 80 dən çox ağac əkilib, həmçinin, mövcud ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Aksiya noyabrın 24-ə kimi davam etdiriləcək.

Aksiyanın məqsədi gənc nəsil arasında ekoloji mühitin qorunması ilə bağlı maarifləndirməni gücləndirmək və təbiətə qayğı hissi aşılamaqdır.


Açar sözlər: ,  ,