19.11.2018

Şahmat üzrə rayondaxili mərhələ yarışı keçirilib.

Saatlı Rayon Təhsil Şöbəsi, Saatlı rayon Gənclər ve İdman idarəsi və Saatlı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Məktəblər arasında respublika çempionatı” çərçivəsində şahmat üzrə rayon mərhələsinə yekun vurulub.

Yarışda rayonun 4 ümumtəhsil müəssisəsi - Saatlı şəhər 1, 2 nömrəli, Cəfərxan kənd tam orta və Bəylər kənd ümumi orta məktəbləri iştirak ediblər. II,III və IV siniflər üzrə hər sinifdən bir qız və bir oğlan olmaqla 6 nəfərdən ibarət 4 komanda iştirak etdiyi yarışda ümumi 24 şagird mübarizə aparıb.

Səməd Vurğun adına şəhər 1  nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. Cəfərxan  kənd tam orta məktəb ikinci, Bəylər kənd ümumi orta məktəb isə üçüncü olublar.

Sonda qaliblər diplomlarla mükafatlandırılıblar. Yarışın regional mərhələsində I-II yeri tutan komandalar iştirak edəcəklər.