15.11.2018

“Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilib

Saatlı rayon Qıraqlı kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, pedaqoji işçilər, valideynlər və şagirdlər iştirak ediblər.

Polis şöbəsinin əməkdaşları çıxış edərək bildiriblər ki, narkomaniya cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə çox böyük ziyan vurur və onun qarşısının alınması uğrunda hər kəs mümkün olan bütün vasitələrdən istifadə etməlidir.

Çıxış edənlər narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomaniyaya düçar olanların sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar qarşıda ciddi vəzifələr dayandığını söyləyiblər. Tədbirdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda narkomaniyanın fəsadlarını əks etdirən videomateriallar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,