14.11.2018

“Mən Azərbyacanlıyam” milli intelektual telelayihəsinin 8-ci mövsümünün mükafatlandırılması mərasimi keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında “Mən Azərbyacanlıyam” milli intelektual telelayihəsinin 8-ci mövsümünün mükafatlandırılması mərasimi keçirilib.

Oyunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsidə Dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavr təhsili alan, Saatlı rayon Əlisoltanlı kənd tam orta məktəbin məzunu Aytac Hacıyeva qalib olub. Aytac öncə Saatlı rayon gəncləri arasında müsabiqədə rayon çempionu olub. Daha sonra digər rayon çempionları ilə keçirilən qarşılaşmada Aytac bütün rəqiblərini üstələyərək ikiqat çempion olub.

Beləliklə Aytac „Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışmasının 8-ci mövsümünün 4 qalibindən biri də olmasıyla rayon tarixində indiyədək ən yüksək uğuru əldə edib. Aytac 1 rəqəmsal fotoaparat, 1 kompüter, 500 (beş yüz) manat pul və diplomla mükafatlandırlıb.

 “Mən Azərbaycanlıyam” intellektual telelayihəsi Azərbaycanın təbliğinə həsr edilmiş ilk milli televiziya oyunudur. Məhz bu xüsusiyyətlərinə görə veriliş yerli teleməkanda özünə kifayət qədər tamaşaçı rəğbəti qazanmışdır.  Layihəyə azərbaycanda yaşayan gənclər ilə yanaşı, dünyanın hər yerində yaşayan həmvətənlərimizin virtual qoşularaq iştirak etməsi üçün də imkan yaradılmış, bir neçə ölkədə təhsil alan və yaşayan gənclər oyunda iştirak ediblər.


Açar sözlər: ,  ,  ,