14.11.2018

Məktəblilər arasında respublika çempionatının rayon mərhələsi keçirilib

Məktəblilər arasında respublika çempionatının rayon mərhələsi üzrə Saatlı rayon ümumtəhsil məktəbləri arasında yarışlar keçirilir.

Şagirdlər şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə yarışlarda iştirak edirlər.

Voleybol idman növü üzrə keçirilən turnirdə 8 məktəb komandası iştirak edib və Şirinbəy kənd tam orta məktəbin komandası I yerə, Nərimankənd kənd tam və Bəylər kənd ümumi orta məktəbin komandaları isə II-III yerləri tutublar.

Basketbol idman növü üzrə keçirilən turnirdə 16 komanda iştirak edib və Hacıqasımlı kənd tam orta məktəbin komandası I yerə, Şirinbəy kənd  və şəhər 3 nömrəli tam orta məktəbləri isə uyğun olaraq II-III yerləri tutublar.

Yüngül atletika idman növü üzrə keçirilən turnirdə 20 komanda iştirak edib və şəhər 1 nömrəli tam orta məktəbin komandası I yerə, Şirinbəy  və Qara Nuru kənd tam orta məktəbləri isə uyğun olaraq II-III yerləri tutublar.

Şahmat idman növü üzrə yarışlar 19 noyabr tarixində Şahmat məktəbində təşkil olunacaq.

Məktəblər arasında respublika çempionatının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviliyinin daha da artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, Olimpiya İdman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,  ,