14.11.2018

Şagirdlər Qəbələ-Şəki-Zaqatala marşrutu ilə şimal-qərb bölgəsinə yola çıxıblar

IX və XI sinif şagirdləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya üzrə Qəbələ-Şəki-Zaqatala marşrutu ilə şimal-qərb bölgəsinə yola çıxıblar.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Sarıcalar kənd tam orta məktəbinin müəllimi Vəfadar Xəlilov, Nabatkənd kənd tam orta məktəbin X sinif şagirdi İnsaf Hüseynov və başqaları bu səyahətin təşkilindən razılıqlarını bildirib, şagirdlərin zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını vurğulayıblar.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıblar.

Saatlıdan olan 40 məktəbli və 5 müəllim dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.