02.11.2018

Şəhid Qədim Abduloğlunun xatirəsi ​ anılıb

Şəhid Qədim Abduloğlunun xatirəsi onun adını daşıdığı Gomuşçu kənd tam orta məktəbdə anılıb.

Mərasimdə çıxış edənlər qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Qədim Abduloğlu 1970-ci ildə Saatlı  rayonunda anadan olub. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda Qədim Abduloğlu könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. 1992-ci il noyabırın 1-də erməni silahlı bölmələrinin hücumunun qarşısını alarkən həlak olub.

Saatlı rayon Gomuşçu kənd tam orta məktəb onun adını daşıyır.

Tədbirdə şagirdlər şəhidə həsr etdikləri şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,