30.10.2018

"Miqrasiya" mövzusunda marifləndirici seminar keçirilib

Saatlı rayon Qıraqlı kənd tam orta məktəbdə "Miqrasiya" mövzusunda marifləndirici seminar keçirilib. Bu seminarlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Saatlı rayon bölməsi tərəfindən kecirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndəsi, AzQAC Saatlı rayon bölməsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə bölmənin nümayəndəsi Qızıl Aypara Cəmiyyəti haqqında məlumat verib və mövzu barədə qısa məlumat verərək, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışıb.

Respublikamızda gedən ictimai - iqtisadi inkişaf miqrasiya sahəsində də öz artan xətti üzrə inkişafdadır. Miqrant axını günbəgün artır və ölkəmizdə də miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir.

Sonra şagirdlərlə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda mövzu barədə hazırlanmış bukletlər şagirdlərə paylanılıb.


Açar sözlər: ,  ,  ,