29.10.2018

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

Saatlı rayon Gomuşçu kənd tam orta məktəbdə Sovet İttifaqı Qəhrəmanı - Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Məktəbin pedaqoji kollektivi və şagirdlərin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının qərəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şərəfli həyat yolu və qəhrəmanlıqlarından danışılıb, Azərbaycan xalqının tarixin bütün dövrlərində belə igid övladlar yetirdiyi vurğulanıb.

Tədbirin sonunda şagirdlər üçün Uzaq sahillərdə” filmini izləyiblər.

Qeyd edək ki, tədbir "M. Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil edilib.


Açar sözlər: ,  ,  ,