24.10.2018

Beynəlxalq Kitab və Müəllif Hüquqları günü ilə bağlı tədbir keçirilib

Saatlı Rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab və Müəllif Hüquqları günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhər 1 nömrəli tam orta məktəbin IV-VI sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsidir.

Tədbiri Mərkəzi Kitabxananın direktoru açaraq, şagirdləri bayram münasibəti ilə təbrik etmiş, “23 aprel – Beynəlxalq Kitab Günü”nün yaranma tarixi haqqında məlumat vermişdir. Kitabxananın direktoru tədbir çərçəvəsində keçirilən şeir müsabiqəsini açaraq, sözü şagirdlərə vermişdir. Şagirdlər Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı yazıçılarının yaradıcılığından şeirlər söyləmişlər. Müsabiqənin qaliblərinə və tədbirin digər iştirakçılarına “Beynəlxalq Kitab Günü” münasibəti ilə "Saatlının tarixi" hədiyyə edilmişdir.

Həmçinin, tədbirdə "Can nənən bir nağıl de" adlı səhnəcik də nümayiş olunub.