24.10.2018

''Müəllimim'' mövzusunda açıq dərs keçirilib

Varxankənd kənd tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi Bikə Allahverdiyeva tərəfindən Mirvarid Dilbazinin ''Müəllimim'' mövzusunda ''Canlı dərs'' modelində açıq dərs keçirilib. Dərsdə müəllimlik peşəsinin əsl mahiyyətinin real dərki üçün mövzu ilə bağlı ömür payını bu peşəyə həsr etmiş təqaüdçü və məktəbin qabaqcıl pedaqoji nümayəndələrini dəvət olunub.

Dərsdə bütün şagirdlər qonaqlarla qarşılıqlı şəkildə fikirlərini bölüşərək bu şərəfli peşə ilə bağlı şeir, mahnı, yaradıcı tətbiq nümunələri: esse, əl işi, rəsm nümunələri ilə bilik, bacarıq, vərdişlərini nümayiş ediblər. İlk müəllimləri və məktəbin digər pedaqoji  nümayəndələri ilə birgə müəllimlik peşəsinin müqəddəsliyi fikri aşılanıb.


Açar sözlər: ,  ,  ,  ,