19.10.2018

4 nömrəli tam orta məktəbdə “Ağ ölüm əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə “Ağ ölüm əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov, Rayon Polis idarəsinin əməkdaşları, məktəbin müəllim  və şagird kollektivi iştirak ediblər.

Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları narkomaniya və onun fəsadları barədə geniş məlumat verib. Gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıblar.

Tədbirdə həmçinin, Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov çıxış edərək bildirib ki, təhsildən yayənan, baxımsız və valideyn nəzarətindən çıxaraq hüquqa zidd əməllər törədən və cinayətə meyilli məktəblilərin diqqətdən kənarda qalması, vaxtında zəruri qabaqlayıcı profilaktik və tərbiyəedici tədbirlərin görülməməsi bəzi hallarda onların cəmiyyətin tələblərinə zidd həyat tərzi keçirmələri, eləcə də cinayətlərin subyektinə çevirmələri ilə nəticələnir.

Sonra narkomaniya qarşı mübarizədən bəhs edən video çarx nümayiş olunub.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,