19.10.2018

“Aktiv Saatlı Aylığı” layihəsinin “Bağlanış Mükafatlandırma Mərasimi” keçirilib

Saatlı Gənclər Evi sosial xidmət müəssisəsində “Aktiv Saatlı Aylığı”nın bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən danışaraq hər zaman Saatlı gəncliyinin ölkə prezidentinin diqqət və qayğısı ilə əhatəlandiyini və “Aktiv Saatlı Aylığı”nın uğurlu fəaliyyətindən danışıb.

Daha sonra çıxış edən “Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə layihə çərçivəsində görülmüş işlərdən danışaraq, həyata keçirilmiş tədbirlər haqqında iştirakçılara geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsaslanan bu layihənin əsas məqsədləri yeni fəaliyyətə başlayan Saatlı Gənclər Evinə könüllülərin cəlb olunması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, gənclərin bilik və bacarıqlarının eləcədə təəcrübələrinin artırılmasına nail olmaqdan ibarətdir.

Layihədə ay ərzində 40-dan çox müəllim, 50-dən çox tələbə, 100-dən çox şagird olmaqla ümumilikdə layihədə 250-dən çox insan iştirak edib. 

Tədbirin 2-ci hissəsində hər paneldə 3 qonaq olmaqla 2 panel keçirilib. Birinci paneldə Saatlı Təhsil Şöbəsinin müdiri  Seyidağa Kazımov, Saatlı Gənclər və İdman İdarəsinin rəisi - Elçin Qiyasov, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru – Əzizağa Quliyev “Gənclərin könüllülük fəaliyyətinə cəlb olunması” məsələləri haqqında danışıblar.

Saatlı Mədəniyyət Mərkəzinin əməkdaşı Şərqiyyə Şahpələngova, Saatlı Peşə məktəbinin nümayəndəsi Qəmbərli Ülvi, Saatlı Tibb Kollecinin nümayəndəsi Vüsal Sultanov əvvəlcə təmsil edikləri qurumların fəaliyyəti və gələcək planları haqqında məlumat verib və daha sonra tədbir iştirakçılarının sualları cavablandırıb, təkliflərini dinləyiblər.

Sonda Layihə çərçivəsində keçirilən bütün fəaliyyətlərdə qaliblər,iştirakçılar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Qeyd edək ki, layihədə çərçivəsində müəllimlər arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda I yerə Sarıcalar kənd tam orta məktəbin komandası, II yerə Varxankənd kənd tam orta məktəbin komandası, III yerə isə Hacıqasımlı kənd tam orta məktəbin komandası çıxıb. Şagirdlər arasında keçirilən oyunda isə 4 nömrəli məktəbin "Xəzri" komandası birinci, Dədə Qorqud tam orta məktəbin "Dominant" komandası II, Bəylər ümümi orta məktəbin "Viktoriya" komandası III yerə çıxıb.