18.10.2018

Gənc müəllimlərin təşəbbüsü ilə valideynlər üçün dərslər təşkil olunur

Saatlı rayon Qara Nuru kənd ümumi orta məktəbdə müəllim valideyn əməkdaşlığı genişləndirilir. Gənc müəllimlər, məktəb rəhbərliyi və valideynlərin birgə təşəbbüsü ilə valideynlər üçün dərslər təşkil olunur.

Belə ki, şagirdlərlə dərslər yekunlaşdıqdan sonra valideynlərə Azərbaycan dili və riyaziyyat fənnlərindən dərslər keçirilir. Dərslər həftədə 3 dəfə keçirilir.

İştirakçıların əksər hissəsi qadınlardan təşkil olunub. Onların bəzləri latın qrafikalı yazını oxuya bilmir yaxudda təhsil almayıblar. Nəticədə onlar övladlarının dərsləri ilə maraqlana və ya onlara ev tapşırıqlarında kömək edə bilmirlər.

Onlarla keçirilən görüş zamanı gənc müəllimlərin bu təşəbbüsündən böyük məmnunluqlarını ifadə ediblər.


Açar sözlər: ,  ,