18.10.2018

Tarix-Diyarşünaslıq müzeyində müstəqillik günü qeyd olunub

Saatlı Rayon Tarix-Diyarşünaslıq müzeyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə təhsil 1 nömrəli məktəbin şagird və müəllimləri, muzey əməkdaşları və təhsil şöbəsinin nümayəndəsi iştirak ediblər.

Tədbirdə çıxış edən muzeyindirektoru Sürəyya Zeynalova və tarix müəllimi Ülkər Nərimanova Azərbaycanın 25 ildə keçdiyi çətin və şərəfli yoldan danışıblar. Sonra muzey əməkdaşları tərəfindən hazırlanmış Dövlət müstəqilliyindən bəhs edən videoçarx nümayiş olunub.

Diskussiyalarla davam edən tədbirin sonunda şagirdlər sərgilənən eksponatlarla tanış olublar.