17.09.2018

"İngilis dilindən buraxılış imtahanına hazır olaq"

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olan "İngilis dilindən buraxılış imtahanına hazır olaq" adlı layihələsinin yekunlaşması ilə bağlı tədbir keçirilib.

Tədbirdə təhsil şöbəsinin nümayəndələri və layihə iştirakçıları iştirak edibər.  Tədbir zamanı təhsil şöbəsinin məsləhətçisi Zeynal Əzizov Saatlı rayonun həyata keçirilən qrant layihələrinin rayon təhsilinə göstərdiyi müsbət təsirindən danışıb. Sonra layihə iştirakçıları peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün keçirilən təlimlər haqqında fikir mübadiləsi aparıblar.Daha sonra iştirakçılar fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, layihə rəhbəri Saatlı rayon Dədə Qorqud kənd tam orta məktəbin tarix müəllimi Kamran Nəsirovdur. Layihədə rayon ümumtəhsil məktəblərinin 19 nəfər ingilis dili müəllimi iştirak edib.