14.06.2018

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də Saatlı rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Rayonun 28 tam orta məktəbində təhsil alan 741 şagird bu il məzun adını qazanıb.

Ümumi təhsil məktəblərinin ərazisində təşkil olunan tədbirlərdə təhsil şöbəsinin nümayəndələri, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları iştirak ediblər.

“Son zəng” tədbirləri Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra çıxış edənlər məzunları təbrik edib. Tədbirlər məzunların hazırladıqları kompozisiyalarla davam etdirilib və sonda zəng çalınıb.