13.06.2018

XI siniflərini 741 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində rayon ümumtəhsil məktəblərinin IX siniflərini 1087 nəfər, XI siniflərini 741 nəfər şagird bitirir.

2017-2018-ci tədris ilində rayon üzrə 49 ümumi təhsil məktəbində fəaliyyət göstərən 60 məktəbəhazırlıq qrupunu (onlardan biri rus dili rupu) 1111 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına rayon üzrə cəlb olunacaq uşaqların sayının 70 qrupda olmaqla 1237 nəfər olacağı proqnoz edilir.

2018-2019-cu tədris ilində rayon ümumtəhsil məktəblərinin I siniflərinə 77 qrupda 1431 uşağın qəbulu proqnozlaşdırılır.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng"  tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,