09.03.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir

Pedaqoji əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir. Növbəti görüş Saatlı rayon Varxankənd tam orta məktəbində keçirilib. Görüşdə qonaq qismində Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin  rəhbərliyi, müəllim və şagirdləri  iştirak ediblər.

Görüş zamanı öncə məktəblə ümumi tanışlıq yaradılıb. Sonra 4 nömrəli tam orta məktəbin müəllimləri hər biri öz ixtisasına uyğun qabaqcıl müəllimlərin nümunəvi dərslərində iştirak ediblər. Daha sonra isə dəyirmi masada məktəb rəhbərləri və müəllimlər ümumtəhsillə bağlı aktual məsələlər, yeniliklər və problemləri müzakirə ediblər.

Sonda Sabirabad şəhər 4 nömrəli tam orta məktəb və Saatlı rayon Varxankənd tam orta məktəbin şagirdləri arasında bilik yarışı keçirilib.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.