09.03.2018

“Ən yaxşı təqdimat” müsabiqəsi rayon mərhələsi keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi rayon mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsinin məqsədi müasir müstəqil Azərbaycanın memarı - Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirməkdir.

IX-XI sinif şagirdlərinin iştirak etdiyi rayon mərhələsində 12 təqdimat arasında Varxankənd kənd tam orta məktəbin 11-ci sinif şagirdi Təranə Mərdəliyeva müsabiqənin respublika mərhələsinə vəsiqə qazanıb.

Müsabiqənin apreldə keçiriləcək ölkə mərhələsində iştirakçıların çıxışı maksimum on balla qiymətləndiriləcək. Qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürülən fikirləri faktlarla əsaslandırması, Ümummilli Liderin vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılacaq.


Açar sözlər: ,  ,