28.02.2018

Pedaqoji mühazirələrin I mərhələsi yekunlaşıb

 “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin I mərhələsi yekunlaşıb.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin rayon mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndirilib.

Rayon mərhələsində ən yaxşı, innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 2 məruzə müəyyənləşdirilib. Nəticələrə əsasən Saatlı rayon Varxankənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - Bikə Allahverdiyevanın "Təlimdə geri qalan şagirdlərlə işin təşkili" və Hacıqasımlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Qarayevanın "Təlim tərbiyə prosesində diferensallaşdırma və fərdi yanaşma prinsipinin tətbiqi" mövzusunda mühazirələri ölkə üzrə təşkilat komitəsinə təqdim ediləcək.

Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.


Açar sözlər: ,  ,