26.02.2018

Ümumtəhsil məktəblərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Sabirabad rayon ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Soyqırım qurbanlarını anmaq məqsdilə məktəblərdə rəsm sərgiləri, açıq dərslər, digər tədbirlər keçirilib, turnirlər, Şəhidlər xiyabanına ziyarətlər təşkil olunub.

Keçirilən tədbirlərdə şagirdlər Xocalı soyqırımına, Vətənə, şəhidliyə həsr olunmuş şeirlər səsləndirib, səhnəciklərlə çıxış ediblər.

Tədbirlərin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.