13.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş müsabiqənin rayon mərhələsinin qalibi Varxankənd kənd orta məktəbin IX sinif şagirdi Hüseynova Nüranə seçilib.

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynayır.


Açar sözlər: ,  ,  ,