06.02.2018

Dövlət Sərhəd Xidməti Akademiyasının nümayəndəsi ilə məktəbdə görüş keçirilib

Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbdə Dövlət Sərhəd Xidməti Akademiyasının Sərhəd idarəçiliyi və ideoloji işlər kafedrasının rəisi, məktəbin məzunu, ehtiyyatda olan polkovnik-leytenant Altay Əzimovun təşəbbüsü ilə yuxarı sinif şagirdləri və valideynlərlə görüş keçirilib. Altay Əzimov çıxış edərək şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün Dövlət Sərhəd Xidməti Akademiyası yaradılan şəraitdən, Akademiyada təhsil almaq arzusunda olan şagirdlərin  qəbul formaları haqqında geniş məlumat verib.

Sonra məktəbin direktoru Eldost Azayev Altay Əzimova bu təşəbbüsdən yana minnətdarlığını bildirib və şagirdlərin gələcək ixtisas seçimində bu görüşün müsbət rol oynayacağını qeyd edib.

Sonda isə şagirdləri maraqlandıran suallar cavablandırılıb


Açar sözlər: ,  ,  ,  ,