26.01.2018

Narkomaniyaya qarşı mübarizə mövzusunda profilaktik tədbir keçirilib

Saatlı Rayon Peşə Liseyində "Narkomaniyaya qarşı mübarizə! Uşaqları zərərli vərdişlərdən qoruyaq" devizi altında profilaktik tədbir keçirilib. Tədbirdə polis şöbəsinin  xidmət üzrə rəis müavini Natiq Əliyev, Veteranlar Şurasının sədri Əjdər Hüseynov, icra hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva, Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin Sədri Aida İbrahimova, Mərkəzi Xəstəxananın həkimi Xəqani Müsayev və  peşə liseyinin müəllim, şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər bəşəriyyəti məhvə sürükləyən narkomaniyanın törətdiyi ağır fəsadlardan, onun cinayətlərə yol açmasından danışmış, yeniyetmə və gənclərin belə hallardan uzaqlaşdırılması sahəsində hər kəsin üzərinə düşən məsuliyyəti xatırladıb və bu bəlaya qarşı beynəlxalq mübarizənin gücləndirilməsindən, narkotik maddələrin insan orqanizminə mənfi təsirlərindən söz açıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,