24.01.2018

Şəhid Rasim Səfərovun 49-cu ildönümü qeyd olunub

Saatlı rayon Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbdə, SSRİ-nin Əfqanıstan müharibəsində iştirak edən və 1988-ci il 25 yanvarda şəhid olan Rasim Səfərovun 49-cu ildönümü qeyd olunub. Tədbirdə Şəhidin valideynləri, əsgər yoldaşları,   məktəb direktorları,  məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbirə gələn qonaqlar əvvəlcə şəhidin xatirəsini əbədiləşdirmək üçün yaradılmış güşə ilə tanış olublar və onun abidəsi önünə gül dəstələri qoyulub.. Güşədə şəhidin əşyaları, məktubları, hərbi geyimi sərgilənir.

Tədbirdə çıxış edən Rasim Səfərovun döyüş yoldaşları onun igidliyindən, vətənpərvərliyindən danışaraq, onun bütün döyüş yoldaşlarını arxasınca aparan bir döyüşçü olduğunu, döyüş zamanı hər bir yoldaşa arxa-sipər  olduğunu bildiriblər. Qeyd ediblər ki, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç vaxt unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Tədbir şagirdlərin hazırladıqları müxtəlif kompozisiyalarla davam etdirilib.