23.01.2018

Riyaziyyat və tarix fənnlərindən “Bilik yarışı” keçirilib

Saatlı rayon Vidadi Zərbəliyev adına Əliabad kənd ümumi orta məktəbdə istedadlı şagirdlərin aşkar edilməsi, onların istedadlarının inkişaf etdirilməsi işinin səmərəli təşkili məqsədi ilə “Bilik yarışı” keçirilib.

 Yarışda V-IX sinif şagirdləri biliklərini sınayıblar. Şagirdlərə riyaziyyat və tarix fənnlərindən açıq tipli test sualları təqdim olunub. Daha yüksək nəticə göstərən VII sinif şagirdləri yarışın qalibi olub.


Açar sözlər: ,  ,  ,