19.01.2018

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib

Saatlı rayon ümumtəhsil məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Şagirdlər Şəhidlər xiyabanı, Tarix-Diyarşünaslıq muxeyi, Bayraq muzeyinə və rəsm qalereyasını ziyarət ediblər.

Tədbirlərdə Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi kimi yaşadılması, təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.