18.01.2018

4 nömrəli tam orta məktəbdə erkən nikah və radikalizm mövzusunda tədbir keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə erkən nikah, dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədi ilə tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəi, polis şöbəsi, icra hakimiyyəti, Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzi və Ağsaqqallar şurasının nümayəndələri iştirak ediblər.

Saatlı rayonu üzrə qazi Vadar Əliquliyev öz çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib, radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Saatlı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru İqbal Həsənov şagirdlərə erkən nikahın mənfi cəhətləri haqqında geniş məruzə edib. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb


Açar sözlər: ,  ,  ,