12.01.2018

"Qız qalası, əvəzliyin quruluşca növləri" mövzusunda açıq dərs keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə, VIa sinfində Azərbaycan dili müəllimi Mehriban Paşayeva tərəfindən "Qız qalası, əvəzliyin quruluşca növləri" mövzusunda açıq dərs keçirilib.

Dərsdə şagirdlər 3 - "Ulduz", "Aypara" və "Bayraq" qruplarına bölünüblər. Öncə "Qız qalası" və onun tarixindən bəhs edən qısa videoçarx nümayiş olunub. Sonra şagirdlərlə "Qız qalası" və onun haqqındakı əfsanələr barəsində müzakirələr aparılıb və tarix fənninə də inteqrasiya olunub. Sonra qruplar müstəqil olaraq “Çıraqqala”,"Şuşa qala" və "Pəri qala"ları haqqında təqdimatlar hazırlayıblar. Daha Sonra Mehriban müəllim şagirdlərə əvəzliyin quruluşca növlərindən bəhs edən tapşırıqlar verib.

Sonda şagirdlər ötən dərs müstəqil araşdırmaq üçün verilmiş "Bakı toponimi" haqqındakı araşdırmaları ətrafında müzakirələr aparıblar.