11.01.2018

“Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda tədbir keçirilib

Saatlı şəhər 2 nömrəli məktəbdə “Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndəsi, polis şöbəsinin əməkdaşı İqbal Həsənov, icra hakimiyyətinin nümayəndəsi Mehriban Ağayeva, Ailə Qadın və Uşqalara Dəstək Mərkəzinin sədri Aida İbrahimova  və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları çıxışları zamanı 1969-cu ildən başlayaraq XXI əsrə adlayan uzun bir dövrdə Azərbaycanın bütün yükünü çiyinlərində daşıyan xalqımızın bu qəhrəman, dahi oğlunun fədakarlığından ətraflı danışıblar. Fəaliyyətinin ilk vaxtlarından Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu çox gözəl bilən Heydər Əliyev onların təhsilinə, qayğı və problemlərinə ciddi diqqət göstərirdi. Təsadüfü deyildir ki, Azərbaycanda siyasi hakimiyyətə gələn kimi gənclərin SSRİ-nin ən tanınmış ali məktəblərində təhsil almalarını təşkil edib.

Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Açar sözlər: ,  ,  ,  ,