29.12.2017

Şahmat Məktəbində keçirilən rayon birinciliyi uğrunda şahmat turniri başa çatıb

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Saatlı Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində (UGİŞM) keçirilən rayon birinciliyi uğrunda şahmat turniri başa çatıb.

10 gün davam edən yarışda rayon ümumtəhsil məktəblərinin 68 şagirdi iştirak edib. Şahmatçılar 2 qrupda - 10 yaşadək şagirdlər B qrupunda, 10 yaşdan böyük şagirdlər isə A qrupunda mübarizə aparıb.

 Final mərhələsində A qrupu üzrə I yerin qalibi Sarıcalar kənd tam orta məktəbin şagirdi Təbriz Şamxalov, II yerin qalibi şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Nurlan Şükürlü, III yerin qalibi isə şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Aytac Şıxıyeva olublar. B qrupu üzrə isə I yerin qalibi şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Ayaz Mənsimov, II yerin qalibi şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Kamran Şükürlü, III yerin qalibi isə şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Seyidtərlan Qiyasov olub.

Tədbirdə təhsil şöbəsinin müdiri Seyidağa Kazımov iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Saatlı rayon UGİŞM-in müdiri Abdulla Nurəliyev Prezident İlham Əliyevin idmanın inkişafına olan diqqət və qayğısından danışıb. Azərbaycanda şahmat yarışlarının keçirilməsinin ənənə halını aldığını və bu gün ölkəmizin beynəlxalq şahmat yarışlarının təşkilatçılığı ilə bütün dünyada tanındığını bildirib.